Rusiya Ukrayna şəhərlərini yenidən raket atəşinə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, paytaxt Kiyev də daxil olmaqla bir neçə iri şəhərlərdə vacib infrastruktur obyektləri vurulur.
Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Rusiya havaya azı 9 ədəd Tu-95 bombardmançı təyyarəsi qaldırıb.
Kimin sözlərinə görə, raketlərin çox Odessa istiqamətinə atılıb.
Kiyev, Vinnitsa, Lvov vilayətləri, Kirovoqrad şəhərindəki energetika obyektlərinə zərbələr endirilib.
Kiyev meri Vitali Kliçko raketlərdən birinin infrastruktur obyektinə düşdüyünü bildirib.
Demək olar ki, bütün ölkə ərazisində hava həyacanı siqnalı verilib. Əhaliyə sığınacaqlara yerləşmək xəbərdarlığı olunub.