26 Noyabr 2022 10:08
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ardıcıl üçüncü gündür ki, pandemiyanın bütün dövrü ərzində aşkar edilmiş koronavirus infeksiyası hallarının sayına görə gündəlik antirekord qeydə alır. Son sutkada 35 min 183 yoluxma halı aşkar edilib ki, bunların da əksəriyyəti asemptomatikdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bundan əvvəl 24-25 noyabr tarixlərində maksimum 31 656 və 32 943 yeni yoluxma halları qeydə alınıb. Çində COVID-19-a yoluxma hallarının pik həddi bu ilin aprel ayının ortalarına təsadüf edib, o zaman gündə 29.4 mindən çox yoluxma olub.

Məlumatda bildirilir ki, yoluxanların böyük əksəriyyəti (31 709) asemptomatik daşıyıcıdır. Yeni halların əksəriyyəti Quanqdonq əyalətində ə paytaxt Pekində qeydə alınıb.

Ümumilikdə pandemiya dövründə Çində 304 093 yoluxma halı aşkar edilib, onlardan 5 232 nəfəri həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu