28 Noyabr 2022 12:52
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının İstanbul və Qaziantepdəki teraktlarından sonra Türkiyənin Suriyanın şimalındakı hava əməliyyatı və Prezident Rəcəb Tayyib Ərdoğanın quru əməliyyatı mesajı dünya mətbuatında müzakirə olunmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, son olaraq “Haaretz” qəzeti üçün təhlil yazan İsrail ordusunun ehtiyatda olan zabiti Zvi Bar Türkiyənin Suriyada quru əməliyyatına hazır olduğunu deyib.

Türkiyənin son diplomatik addımlarını şərh edən Bar Suriya əməliyyatının qaçılmaz olduğunu və heç kimin, xüsusən də ABŞ və Rusiyanın Türkiyəyə mane ola bilməyəcəyini söyləyib.

Bar məqaləsində Prezident Ərdoğanın qətiyyətinə diqqət çəkərək, bölgədəki iki güc Rusiya və ABŞ-ın baş verənlərə münasibətini dəyərləndirib.

Ukraynadakı müharibəsinin, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesinin Rusiyanın əlini zəiflətdiyini deyən Bar oxşar durumun ABŞ rəhbərliyində də yaşandığını vurğulayıb. O, baş verənlərin Türkiyəni gücləndirdiyini iddia edib.

“Ərdoğanın Suriyada əməliyyat keçirməyə qərar verəcəyi təqdirdə Rusiyanın mane olub-olmayacağı şübhəlidir. Daha mürəkkəb dilemma ABŞ-la bağlı olacaq. Bayden indi Türkiyəyə yeni F-16-ların satışı üçün ən həvəsli lobbiçidir”, - israilli zabit söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər