Gürcüstanın sabiq daxili işlər naziri Yekaterina Zquladze Ukrayna daxili işlər nazirinin müavini vəzifəsinə təyin oluna bilər.
Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna daxili işlər naziri Arsen Avakov öz “Facebook” səhifəsində yazıb ki, Y. Zquladzeyə Ukrayna vətəndaşlığı verilməsi ilə bağlı prezident Pyort Poroşenkoya yazılı müraciət edib.
“Eka Gürcüstan vətəndaşlığından imtina etməsi və Ukrayna vətəndaşlığı alması üçün ərizə yazıb. Prezident mənim vəsatətimi alqışlayıb. Bazar ertəsi prezident vətəndaşlığın verilməsi barədə sərəncam verən kimi mən Yekaterina Zquladzenin təyinatı barədə Nazirlər Kabinetinə təqdimat imzalayacam”