Rusiya Federasiyasının qoşunları Ukraynanın kritik infrastrukturuna hücumların istiqamətini artıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
O əlavə edib ki, bunu rusların Saratov vilayətindəki Engels aerodromunda əlavə təyyarələrin görünməsi sübut edir.
Yuri İqnata görə, bu, Ukraynaya növbəti hava zərbəsi ehtimalını gücləndirir.
O qeyd edib ki, Rusiyada çoxlu raket qalmayıb. Onun sözlərinə görə, əsasən “Kalibr”, “X-101”, “X-555” və “İskəndər”lər qalıb.
Hərbi Hava Qüvvələrinin nümayəndəsi vurğulayıb ki, Rusiya ordusunun hədəfləri mühüm infrastruktur obyektləri, ilk növbədə enerji obyektləri olaraq qalır.