30 Noyabr 2022 14:53
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Rusiyanın dondurulmuş 300 milyard avroluq aktivləri və 19 milyard özəl aktivləri əsasında müharibədən əziyyət çəkən Ukraynaya ödənişlər etmək üçün fond yaratmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.

Onun sözlərinə görə, hazırda Ukraynaya dəymiş ziyan 600 milyard avro həcmində qiymətləndirilir.

“Qısa müddətdə tərəfdaşlarımızla bu vəsaitləri idarə etmək və investisiyaya çevirmək üçün fond yarada bilərik. Ukraynaya dəyən ziyan 600 milyard avro qiymətləndirilir”, - Leyen bildirib.

Rusiyanın “xüsusi hərbi əməliyyat”ı başlayandan bəri Qərb dövlətləri Moskvanın 330 milyard dollardan çox aktivini dondurub. Rusiya Mərkəzi Bankının xarici banklarda təxminən 300 milyard ehtiyatı var. Qalan məbləğ əsasən rusiyalı iş adamlarına məxsusdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər