Taylandın Bung Sam Phan bölgəsindəki bir məbəddə 4 rahibin narkotik istifadə etdiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, hadisədən sonra məbəddə rahiblərin qalmadığı açıqlanıb.
Bölgə rəsmisi dörd buddist rahibin testlərində narkotikdən istifadə etdikləri müəyyən olduqdan sonra işdən qovulduqlarını deyib. Bildirib ki, rahiblər müalicə üçün klinikaya yerləşdirilib. Məbədə isə yeni rahiblər qəbul olunacaq.