“Rusiya ilə müharibədə Ukrayna ordusunun itkisi dövlət sirridir. Düşmənin əməliyyatlarının effektivliyini qiymətləndirməsinə mane olmaq üçün bunları dilə gətirmək olmaz. Avropa Komissiyasının sədri Ursula fon der Leyen düz deməyib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib.
"Qeyri-rəsmi olaraq deyə bilərəm ki, itkilərimiz 10-20 min arasındadır. Siyasətçilər tez-tez ictimaiyyət önündə çıxış edirlər deyə bu kimi halların yaşanması normaldır. Ursula von der Leyenin 100 min Ukrayna əsgərinin döyüşdə həlak olması ilə bağlı dedikləri həqiqətə uyğun deyil”.
Bununla belə, Arestoviç etiraf edib ki, Ukraynada yüksək sanitariya problemləri var: “Yaralıların və xəstələrin 96%-i müalicə və reabilitasiyadan sonra döyüşə qayıdır. Ukraynada çoxlu yaralı var, onların demək olar ki, hamısı döyüşə qayıdır, Rusiyada isə ukraynalılara nisbətdə (1/7) çoxlu ölü var".