5 Dekabr 2022 12:25
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırovu təndiq edən müxalif çeçen bloger Tumso Abduraxmanov İsveçdə öldürülüb.

Teleqraf.com xəbər verir ki, "1ADAT" Teleqram kanalı Tumsonun “gecə bir qrup şəxs tərəfindən güllələndiyini” yazıb.

İddia olunur ki, xüsusi xidmət orqanları Tumso Abduraxmanovun qardaşını gizlədib.

Bəzi mənbələr blogerin dekabrın 2-nə keçən gecə öldürüldüyünü xəbər verir. İsveç hüquq-mühafizə orqanları hələlik bununla bağlı açıqlama yaymayıb.

Qeyd edilir ki, Abduraxmanov dekabrın əvvəlində əlaqəni dayandırıb. Daha sonra Kadırovu tənqid edənlərin öldürülə biləcəyi ilə bağlı fikirlər səslənib.

Tumso Abdurahmanov çeçen siyasi və ictimai xadimdir. Çeçenistan İçkeriya Respublikasının siyasi partiyasının sədri, siyasi bloger, dissidentdir. Eyni zamanda ölkəsinin müstəqilliyinin tərəfdarıdır.

Tumson İsveçə mühacirət edib və 2021-ci ildə rəsmi olaraq siyasi sığınacaq alıb.


Müəllif: Nemət

Oxşar xəbərlər