7 Dekabr 2022 08:42
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən çıxarıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar.

Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan 18 konqresmen tərəfindən təqdim edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran təkliflər yer almayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər