7 Dekabr 2022 12:30
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baxmut və Avdiiv istiqamətlərində rus ordusu əsas səylərini hücum hərəkətlərinə yönəldir, Zaporojya istiqamətində taktiki mövqeyini yaxşılaşdırmağa çalışır, Xerson istiqamətində isə özünü müdafiə edir və qoşun qruplaşmasını gücləndirir. Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri Luqansk və Donetsk vilayətlərində rus ordusunun hücumlarını dəf edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyat vəziyyəti haqda açıqlamasında bildirib.

Vuğulanıb ki, ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Biloqorivka və Donetsk vilayətinin Verxnokamianske, Spirne, Yakovlivka, Baxmut, Bila Qora, Kurdyumivka, Novobaxmutivka, Maryinkailivka, Novomıvka yaşayış məntəqələri ərazilərində rus hücumlarını dəf edib:

"Liman, Baxmut və Avdiiv ərazilərində düşmən qüvvələrini hücum əməliyyatları keçirməyə cəmləşdirir. Digər istiqamətlərdə isə işğalçılar öz səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətlərinin qarşısının alınmasına, müdafiə xətlərinin və mövqelərinin təchiz edilməsinə, kəşfiyyatın aparılmasına yönəldərək müvəqqəti ələ keçirdikləri əraziləri saxlamağa çalışırlar.

Bundan əlavə, dünən ruslar Ukraynaya 10 raket və 33 hava zərbəsi endirib, raket zərbələri sistemlərindən 75 hücum həyata keçirib.

Kramatorsk, Krivoy Roq şəhərlərində, eləcə də Zaporojjya vilayətinin Stepne kəndində yaşayış binaları və digər mülki obyektlər Rusiya raketləri ilə zədələnib.

Ukraynanın bütün ərazisində enerji sisteminin obyektlərinə və kritik infrastruktura düşmənin raket hücumu təhlükəsinin qaldığı vurğulanır.

Siverski istiqamətində düşmən 6 yaşayış məntəqəsinə artilleriya və minaatan hücumu həyata keçirib, Slobojanski istiqamətində yaşayış məntəqələrinin 10 ərazisi tank, minaatan və lüləli artilleriyadan atəşə tutulub.

Ruslar Kupian istiqamətində müdafiə əməliyyatları aparır. 11 yaşayış məntəqəsinin əraziləri tanklardan və bütün artilleriya spektrindən atəşə tutulub".


Müəllif: Nemət

Oxşar xəbərlər