Avropa Komissiyası Rusiyaya pilotsuz vasitələr və onların komponentlərinin ixracını qadağan edən qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə AK-nın prezidenti Ursula fon der Lyayen məlumat verib.
Diplomat bildirib ki, bu qadağa Rusiyaya qarşı 9-cu sanksiyalar paketində yer alır.
Avropa liderləri yeni sanksiyalar paketini gələn həftə Brüsseldə müzakirə edəcək.