8 Dekabr 2022 00:56
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatın Xarici Əlaqələr Komitəsi Konqresin yuxarı palatasına Linn Treysinin ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizədliyini təsdiq etməyi tövsiyə edib.

Teleqraf.com Lenta.ru-ya istinadla xəbər verir ki, komitədəki mənbə namizədliyin səsvermə yolu ilə dəstəkləndiyini açıqlayıb.

Qeyd edək ki, Treysi bundan əvvəl İrəvanda səfir olub. 2014-2017-ci illərdə ABŞ-ın Moskvadakı səfirliyində ikinci yüksəkvəzifəli şəxs – missiyanın rəhbərinin müavini olub. Daha əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunda Rusiya məsələlərinə dair böyük müşavir vəzifəsini tutub. Treysinin təyinatı Ukraynada müharibə ilə əlaqədar gərginlik fonunda Amerika-Rusiya münasibətləri üçün həlledici vaxtda baş verir.

Treysi öz karyerası müddətində müxtəlif ölkələrdə, o cümlədən Türkmənistan, Pakistan və Qazaxıstanda ABŞ-ın diplomatik nümayəndəliklərində çalışıb. Sovet İttifaqı ilə bağlı tədqiqatlar üzrə ixtisaslaşıb, hüquq təhsili alıb, rus dilini bilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər