Fransada 18-25 yaşlı gənclər üçün prezervativ pulsuz olacaq.
Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron belə bir qalmaqallı açıqlama verib.
“2023-cü ildə apteklərdə prezervativlər 18-25 yaşlı bütün gənclər üçün pulsuz olacaq. Biz kiçik inqilabımızı profilaktik səviyyədə başlayırıq”, - Fransa lideri bildirib.
Makron həmçinin qeyd edib ki, cinsi yolla keçən xəstəliklər və digər infeksiyalar üçün pulsuz müayinə təşkil etməyi planlaşdırır.
Fransa prezidentinin qərarı ölkəsində müzakirələrə səbəb olub. Makrona etiraz edənlər ölkənin həll edilməli olan daha ciddi problemlərinin olduğunu bildiriblər.