"İslam dövləti" qruplaşmasının yaraqlıları Suriyanın şimalındakı Tabka şəhərində yerləşən SES-in on mühəndis-energetikini öldürüb, altı əməkdaşını yaralayıblar.
Trend RİA Novosti agentliyinə istinadən bu barədə Suriya qəzeti "Əl-Vətən" bazar günü məlumat verir.
Ekstremistlər Salmiyə-Rakka avtomobil yolu üzrə SES istiqamətində hərəkət edən və mühəndislər olan iki avtobusa hücum ediblər. Elektrik stansiyasının altı ağır yaralı əməkdaşı Salmıyə və Xamanın xəstəxanalarına yerləşdiriliblər.