9 Dekabr 2022 23:29
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər, həqiqətən də Ukraynanın pilotsuz təyyarələri Rusiya sərhədindən 500 km-dən çox məsafədə yerləşən aerodromları bombalaya bilirsə, bu, Ukraynanın sərhəddən 400 km məsafədə yerləşən Moskvanı vurmaq üçün texnoloji imkanlara malik olduğunu deməyə əsas verir.

Teleqraf.com xəbər verir ki, bunu “Forbes”ə açıqlamasında Avstraliya ordusunun təqaüddə olan generalı Mik Rayan deyib.

Nəşrə görə, Moskvaya hücum Ukraynanın bir neçə aydır davam edən dərinliyə zərbə əməliyyatının böyük eskalasiyası olacaq. Bu indiyədək Rusiya tərəfindən işğal olunmuş ərazilərdə yerləşən rus ordusunun hava bazalarına, körpülərə və logistika obyektlərinə zərbələrdə özünü göstərib. “Forbes” Ukrayna ordusunun zərbələrinin bəzi hallarda Rusiya sərhədini keçdiyinə də diqqət çəkib.

Eyni zamanda, nəşr yazır ki, Rusiya paytaxtına hücumlar ədalətli oyun olardı:

“Çünki rus qoşunları Kiyevi, eləcə də Ukraynanın digər şəhərlərini bombalayıb”.

Təxribata alternativ pilotsuz təyyarə zərbəsidir. Rusiyanın hərbi aerodromlarına hücum Ukraynanın sovet dövründən qalmış TU-141 reaktiv kəşfiyyat təyyarələri tərəfindən həyata keçirilə bilər. Ukrayna Hərbi Hava Qüvvələrində nə qədər TU-141 və buna bənzər TU-143-ün qaldığı məlum deyil. Amma Kiyevin Moskvanı hədəfə ala bilməməsinin heç bir

texniki səbəbi yoxdur. Dronlar 620 mil məsafədə hərəkət edə bilir.

Rusiya hava hücumundan müdafiə sisteminin pilotsuz təyyarələri asanlıqla vuracağını düşünmək lazım deyil. Ukraynanın təkrar olunan reydləri Rusiyanın hava hücumundan müdafiəsinin qeyri-adekvatlığını sübut edib”.

Rayan Ukraynanın Moskvanı vurmaq gücündə olduğunu iddia edib:

“Əgər həqiqətən də Ukraynanın pilotsuz təyyarələri Rusiya sərhədindən 500 km-dən məsafədə yerləşən aerodromları bombalaya bilirlərsə, bu, Ukraynanın sərhəddən 400 km məsafədə yerləşən Moskvanı vurmaq üçün texnoloji imkanlara malik olduğunu deməyə əsas verir. Amma bu, heç də o demək deyil ki, Ukrayna Moskvaya hücuma hazırlaşır. Əslində Kiyevin Moskvaya hücumdan çəkinməsinin səbəbləri var. Bununla belə, şəhərə qədər genişlənəcək hücum ehtimalı Rusiyanın paytaxtında yuxusuz gecələrə səbəb olacaq”.

“Forbes”ə görə, Ukrayanın Moskvaya hücum etməməsinin əsas səbəbi odur ki, bu, dinc əhaliyə təhlükə yarada bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər