9 Dekabr 2022 21:39
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda iqtidarda olan Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid ölkə ictimaiyyətə açıq edamlarla bağlı beynəlxalq aləmin reaksiyalarını qınayıb.

Teleqraf.com xəbər verir ki, Mücahid ölkə əhalisinin 99 faizinin müsəlman olduğunu deyərək, Talibanın atdığı addımların İslam və Əfqanıstan haqda məlumatlı olmadıqları üçün tənqid edildiyini bildirib.

Əfqanıstanda İslam qanunlarının tətbiqi üçün çoxlu fədakarlıqlar etdiklərini qeyd edən Mücahid ölüm hökmünün ABŞ və Avropa da daxil olmaqla bütün dünyada tətbiq olunduğunu söyləyib.

“Əfqanıstanın İslami hökmləri yerinə yetirməsi ilə bağlı tənqidlərə məruz qalması bəzi ölkələrin və təşkilatların ya kifayət qədər məlumatlı olmadıqlarını, ya da müsəlmanların inanc və qanunlarına hörmət etməyərək, İslamla bağlı problemlərinin olduğunu göstərir. Bu, ölkələrin daxili işlərinə müdaxilədir və qınanılmalıdır”, - Talibanın sözçüsü deyib.

Bundan əvvəl ABŞ və BMT Talibanın xalqa açıq edamlarını pisləyən bəyanatlar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər