9 Dekabr 2022 21:12
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti bunu “TRT World Forum 2022”də onlayn iştirakı zamanı deyib.

Zelenski Ərdoğana Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinə etdiyi kömək üçün təşəkkür edib.

Zelenski Rusiyanın raket terrorizminə son qoyulmasının vacibliyini qeyd edib. Həmçinin, məhbusların azad edilməsinin əhəmiyyətinə də diqqət çəkib.


Müəllif: Teleqraf.com