Naməlum şəxslər Yunanıstanda Təhsil Nazirliyinin binasını tarmar edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə yerli polis məlumat yayıb.
Xəbərə görə, 40 nəfərlik qrup Afinanın şımalındakı Marusi rayonunda nazirliyə hücum edib. Binanın həyətinə daxil olan qrup üzvləri daş ataraq pəncərələri və müşahidə kameralarını qırıb. Daha sonra onlar binaya daxil olaraq dağıdıcı əməllərini burada davam etdiriblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Gözyaşardıcı qaz tətbiq edən polis hücum edənlərdən 8 nəfəri saxlayıb. İnsidentlə bağlı araşdırmalara başlanılıb.
Nihad