12 Dekabr 2022 14:10
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın bəzi qonşuların ambisiyalarına cavabı onlar üçün güclü, əzici və təəssüfləndirici olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Əli Nikzad deyib.

Molla rejiminin nümayəndəsi İranı “qonşularının böyük dostu” adlandırıb:

“Qonşularla qonşuluq siyasəti İranın xarici siyasətinin dəyişməz prinsipidir. İran qonşularının böyük dostu və dəstəkçisidir. İraq xalqının və hökumətinin İŞİD-in ölkəni vəhşicəsinə işğalına qarşı şiddətlə müdafiə etməsi İranın qonşularına qarşı xeyirxahlığının yaxşı nümunəsidir”.

Qonşularının təhlükəsiz və iqtisadi cəhətdən firavan olmasının İran üçün vacib olduğunu iddia edən molla rejiminin nümayəndəsi ad çəkmədən bölgə ölkələrini təhdid edib. Nikzad bildirib ki, hər hansı bir qonşu ölkəsinin suverenliyinə qarşı iddia irəli sürərsə, İranın cavabı güclü, əzici və təəssüfləndirici olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər