ABŞ Rusiya lideri Vladimir Putinin bu yaxınlarda “Satan-2” hipersəs raketinin ikinci sınağı ilə bağlı təcili əmr verməsindən sonra hərəkətə keçib. Döyüş gəmilərində silah tutumunu artıran ABŞ-ın son addımı diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən, Vaşinqton və Moskva arasında hipersəs raket sınağı ilə bağlı gərginlik yaşanır.
Putin “dayandırılmaz” və “bənzərsiz” adlandırdığı “Satan-2” üçün ikinci sınaq əmrini verdikdən sonra ABŞ hərəkətə keçib.
Müdafiə Nazirliyi (Pentaqon) ABŞ Hərbi Hava Qüvvələrinin B-52 bombardmançı təyyarəsinin səsdən 5 qat daha sürətli olduğu iddia edilən raketi atdığı açıqlanıb.
Hipersəs raketinin əməliyyat sınağı başa çatdığı və bütün hədəflərin uğurla vurulduğu bildirilib.
“Daily Mail” Rusiyanın Ukraynaya hipersəs raketləri atdığını, Çinin isə hipersəs silahları sınaqdan keçirdiyini iddia edib. Digər tərəfdən, ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.