Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana verdiyi “Tayfun” raketi mesajı yunanların və Avropa Birliyinin (AB) yuxularını qaçırıb. Bundan sonra AB mediası Türkiyəni “Şimali Koreya tələsi”nə salmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə liderləri ötən günlərdə Egey dənizindəki adaları silahlandıran və keçirdiyi təlimlərin sayını artıran Yunanıstana xəbərdarlıq edib.
Prezident Ərdoğan Yunanıstana bu yaxınlarda uğurla sınaqdan keçirilən “Tayfun” ballistik raketini xatırladıb.
Türkiyə lideri həmin çıxışında belə demişdi:
“F-16-lar və dronlar üçün sursat hazırlayırıq, istehsal edirik. Bu, yunanları qorxudur. Deyirlər ki, “Tayfun”la Afinanı vuracaqlar. Əlbəttə, sakit dayanmasanız, vuracaqlar”.
Ərdoğanın bu sözləri Yunanıstanı panikaya salıb.
Yunanıstan xarici işlər naziri Nikos Dendias Prezident Ərdoğanın açıqlamasına reaksiya verib: “NATO üzvü olan bir müttəfiq ölkə tərəfindən Yunanıstana raket zərbələri endirilməsi ilə bağlı təhdidlər qəbuledilməzdir və hamılıqla qınanılmalıdır”.
Yunan nazirin Türkiyəni Şimali Koreya ilə müqayisə etməsi AB mediasında Ankaraya qarşı yeni oyunun başlamasına start verib. Dendiasın sözlərini manşetlərinə daşıyan AB nəşrləri Egey dənizində hüquqlarını qorumağa çalışan Türkiyəni nüvə raketləri ilə dünyanı təhdid edən Şimali Koreya ilə eyniləşdirib.
Avropa mediasının demək olar ki, bütün dünya dövlətləri tərəfindən düşmən kimi qələmə verilən Türkiyəni Şimali Koreyaya bənzətməsinin məqsədyönlü və qərəzli yanaşma olduğu bəllidir.
“Euronews”un Dendiasın açıqlamasını belə şərh edib: “Afina Türkiyənin Şimali Koreya kimi davranacağından şikayətlənir”.