Son illər Rusiya öz qanunvericiliyində “terrorizm” anlayışını genişləndirərək, getdikcə onu Ukrayna diversiyalarının fəaliyyəti kimi müəyyən edir.
Teleqraf.com xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) fikrincə, bu, Rusiya təhlükəsizlik qüvvələrinə ölkə daxilində narazılığı yatırmağa kömək edir.
Rusiya media analitiklərinə istinadən qeyd edilir ki, Rusiya Federasiyasının qanunvericiliyində terrorizm anlayışının genişləndirilməsi davam edir. Xüsusilə, dekabr ayında Dövlət Duması Rusiya Federasiyasının Cinayət Məcəlləsinə təxribatı terror aktı ilə eyniləşdirən yeni düzəlişlər təklif edib.
“Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Qafqazda islamçı yaraqlıların fəaliyyətini terrorizm kimi müəyyən etməkdən, terrorizmi Ukraynanın “diversiyaçıları” anlayışı ətrafında istiqamətləndirməyə keçib”,- ISW vurğulayıb.