Çin ordusunun 18 bombardmançı təyyarəsi Tayvanın “Hava Hücumundan Müdafiə Ərazisi” (ADIZ) elan etdiyi bölgənin cənub-qərbinə uçduğu bildirilib. Tayvan bu qədər bombardmançının ADIZ-də ilk dəfə görüldüyünü iddia edib.
Teleqraf.com xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi gün ərzində adanın ətrafında ümumilikdə Çinin 29 hərbi təyyarəsi və 3 döyüş gəmisinin görüldüyünü açıqlayıb.
Təyyarələrin və gəmilərin Tayvan boğazında tərəflərin təsir sahələrini məhdudlaşdırdığı dəniz xəttini keçdiyi qeyd olunub. Adanın ətrafında aşkar edilən hava və dəniz vasitələri elektron sistemlər, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izlənilib.
Nazirlik bu qədər sayda bombardmançının ilk dəfə ADIZ-də görüldüyünü bildirib.