2021-ci ildə İranda havanın çirklənməsi səbəbindən 41 min 700-dən çox insanın həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin ekologiya komitəsinin sədri Süməyyə Rəfi məlumat verib.
Komitə sədri İran Sənaye, Mədən və Ticarət Nazirliyinin ölkəyə gətiriləcək avtomobillərin emissiya standartını Avro 6-dan Avro 5-ə endirmək təklifini tənqid edib. Rəfi nazirliyin təklifinin rəsmi prosedurlardan keçmədən Nazirlər Kabineti tərəfindən qəbul edilməsinə təpki göstərərək, bunun Təmiz Hava Qanununa zidd olduğunu bildirib.
Komitə sədri havanın çirklənməsinin ölkəsi üçün bədəlinin gözləniləndən daha yüksək olduğunu söyləyib: “Dünya Bankının hesabatına görə, 2021-ci ildə ölkədə 41 700-dən çox insan havada asılı qalan 2.5 mikrondan kiçik zərərli hissəciklər səbəbindən ölüb”.
Rəfi hava çirkliliyinin ölkəyə vurduğu zərərin ildə 7-11 milyard dollar arasında olduğuna diqqət çəkib.
O, İranda ilin başlanğıcı kimi qəbul edilən martın 21-dən etibarən paytaxt Tehranda havanın keyfiyyəti indeksi baxımından qeyri-sağlam günlərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə artdığını bildirib:
“Təəssüf ki, bu il Tehran sakinləri iki gün, İsfahan, Kərəc, Əhvaz və Əraq əhalisi isə cəmi bir gün təmiz havada vaxt keçiriblər”.