15 Dekabr 2022 21:27
2 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tayfun” ballistik raketi Türkiyənin gizli silahı idi, amma bu məxfi proje mediaya sızdırıldı”.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

Onun sözlərinə görə, “Tayfun” raketinin üzə çıxması bölgədə narahatlıq yaradıb:

“Bu, gizli layihə idi. Bu görüntülərin sızması dövlətimizi narahat etdi. Normal durumda ölkələr belə strateji sistemləri göstərmir, gizlədirlər. Amma nədənsə bu raketin sınaqları zamanı görüntülər qeydə alınıb və sızdırılıb. Əslində bu raketin üzə çıxmasını istəmirdik, iradəmizə zidd olaraq sızdı”.

Ağar qeyd edib ki, ballistik raket 561 kilometr uzaqlıqdakı hədəfi dəqiqliklə vurub: “Yunanların qorxduğu əslində 561 kilometr deyil, bu raketin dəqiq zərbə qabiliyyətidir. Türkiyə sübut etdi ki, sıfır səhvlə öz silah sistemlərini dəqiq hazırlaya bilir”.

Ağar “Tayfun”u Rusiya raketləri ilə müqayisə edib:

“Türkiyə bununla Fransadan aldığı “Rafale” təyyarələri ilə onu təhdid edən Yunanıstana bu mesajı verir: siz bu raketlərin önündə təyyarələrinizi qaldıra bilməzsiniz, qaldırsanız belə endirə bilməzsiniz”.

Onun sözlərinə görə, hazırda Yunanıstanın S-300 və “Patriot” da daxil olmaqla 350 döyüş sursatı olan hava hücumundan müdafiə sistemləri var:

“Amma qorxurlar. Çünki bunların kifayət etməyəcəyini bilirlər”.

Türkiyənin müxtəlif raket sistemləri istehsal etdiyini və bunlrın effektiv elektron döyüş qabiliyyətinə malik olduğunu vurğulayan Ağar deyib:

“Türkiyə Yunanıstanın bu 350 raket sistemini keçəcək minlərlə raket istehsal edib. “Tayfun” Türkiyənin Yunanıstanın mümkün hücumuna qarşı çıxaracağımız raket sistemlərinin ən simvolikidir.

Qorxmaqda haqlıdırlar, ona görə də qorxsunlar! Bu prosesə təkan verən və belə haqsız aqressiv yanaşma sərgiləyən Yunanıstanın özü oldu. Türkiyə heç vaxt onların suverenliyini pozan yanaşma sərgiləməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər