17 Dekabr 2022 13:52
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstandan Türkiyəyə ekstradisiya edilən və Nəcip Hablemitoğluna sui-qəstdə şübhəli bilinən Mustafa Levent Göktaş İstanbula gətirilərək həbs edilib.

Teleqraf.com xəbər verir ki, şübhəli Bolqarıstanın Plovdiv Apellyasiya Məhkəməsinin qərarı ilə Türkiyəyə ekstradisiya edilib.

Qeyd edək ki, Mustafa Levent Göktaş 2002-ci ilin dekabrın 18-də professor Nəcip Hablemitoğlunun qətlə yetirilməsi sui-qəsdində iştirakçı olub və Türkiyə hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilib.

Ankara Prokurorluğunun apardığı istintaq çərçivəsində Göktaş 5 sentyabr 2022-ci ildə Bolqarıstandan tələb olunub.

Əvvəlcə Bolqarıstan Haskova Məhkəməsi Türkiyənin Levent Göktaşın ekstradisiya tələbini rədd edib, lakin bu qərara etiraz qəbul edilib və Göktaşın Türkiyəyə ekstradisiyasına qərar verilib.

Dünən axşam Göktaş paytaxt Sofiyadan havaya qalxan təyyarə ilə İstanbula gətirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər