17 Dekabr 2022 20:31
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qışda Ukrayna Silahlı Qüvvələri dayanmayacaq və müharibə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper deyib.

“Qış çox dinamik olacaq. Biz ukraynalıların dayanacağına dair heç bir əlamət görmürük və şübhəsiz ki, rusların da irəliləməyə çalışacağını gözləyirik", - Kuper deyib.

Bundan əlavə, o qeyd edib ki, ABŞ təlim keçəcək ukraynalı hərbçilərin sayını artıracaq:

"Ukrayna Silahlı Qüvvələrinin hazırkı və ABŞ-ın yalnız 2014-cü ildə Krımın ilhaqından sonra ukraynalılara təlim keçməyə başladığı vaxtları müqayisə etsək, bu gün tamamilə fərqli oyun gedir".

Kuper rəsmilərin ABŞ-ın Ukraynaya Patriot raketdən müdafiə sistemləri göndərməyə hazırlaşdığına dair açıqlamalarını təsdiqləməyib:

“Ancaq təsdiq edə bilərəm ki, hava hücumundan müdafiə bizim əsas prioritetimizdir və biz Ukraynanı, onun hava hücumundan müdafiə ehtiyaclarını dəstəkləmək üçün bir sıra yolları nəzərdən keçiririk. NASAMS bunun bir hissəsi olub”.


Müəllif: Nemət

Oxşar xəbərlər