18 Dekabr 2022 08:54
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Baydenin müşavirləri administrasiyanın hazırkı rəhbəri ikinci müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onun seçki kampaniyasının aparılması məsələləri üzərində işləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Co Baydenin komandası hazırda seçkiöncəsi qərargah üçün yer seçmək kimi texniki məsələləri müzakirə edir.

Yer olaraq pandemiya başlamazdan əvvəl qərargahın 2020-ci ildə yerləşdiyi Filadelfiya (Pensilvaniya) və ABŞ-ın 46-cı prezidentinin doğma şəhəri Uilmiqton (Delaver) nəzərdən keçirilir.

Müşavirlər Ağ Evin keçmiş rəhbəri Barak Obama ilə yenidən seçkilərdə iştirakın elan olunacağı tarixlə bağlı məsləhətləşmələr aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər