19 Dekabr 2022 18:32
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan Rusiyadan kütləvi miqrasiya problemi ilə üz-üzədir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Bu, müəyyən mənada fürsət olan bir çağırışdır, çünki bizə gürcü tolerantlığının və qonaqpərvərliyinin nə demək olduğunu bir daha göstərir, lakin qonaqpərvərlik axmaqlığa çevrilməməlidir",-prezident qeyd edib.

Ruslar üçün vizaların tətbiqindən danışan Zurabişvili qeyd edib ki, gələcəkdə arzuolunmaz niyyətlərin qarşısını almaq üçün müvafiq qaydalar lazımdır.

Gürcüstan prezidenti həmçinin bəyan edib ki, ölkə Avropaya inteqrasiya istiqamətində kursunu dəyişmir: “Avropa həqiqətən də qapılarını açıb, genişlənmə perspektivi yaranıb və bu, Avropa siyasətinin uğurunun nəticəsidir. Avropa ilə inteqrasiya etmək istəyirik”.


Müəllif: Nemət

Oxşar xəbərlər