Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin dekabrın 20-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasından sonra yerli silahların kütləvi istehsalının yaradılması ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, İcraiyyə Komitəsinin qərarına əsasən, ölkədə Türkiyənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə töhfə verəcək "Siper", "Hisar" və "Sungur" sistemlərinin seriyalı istehsalına başlanacaq.
Bundan başqa, müdafiə sənayesi icraiyyə komitəsi “Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və “Bozdoğan” raketlərinin, həmçinin “Akya” torpedalarının və digər döyüş sursatlarının kütləvi istehsalına başlamaq barədə qərar qəbul edib.
Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi həmçinin pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi prosesini, eləcə də bu yaxınlarda ilk sınaq uçuşunu həyata keçirən "Kızılelma" pilotsuz hərbi təyyarəsinin layihəsini müzakirə edib.
Türkiyə Prezident Administrasiyasında təxminən bir saat yarım davam edən İcraiyyə Komitəsinin iclasının iştirakçıları ümumilikdə 25 müdafiə layihəsini müzakirə ediblər.