21 Dekabr 2022 00:26
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 16-da Ukrayna ilə müharibə zonasına səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Dekabrın 16-da Rusiya prezidenti qoşunların birləşmiş qərargahında işləyib.

Dövlət Dumasının deputatı Andrey Qurulev öz Teleqram kanalında RF Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi hərbi əməliyyat zonasında olduğunu yazıb.

Kremlin sözçüsü deputatın yaydığı məlumatı təsdiqləyib:

“Əgər o, (Qurulev) cümə günü (Putinin) olduğu qərargahı nəzərdə tutursa, bəli”, - deyə Peskov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər