21 Dekabr 2022 12:38
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ardıcıl raket sınaqları və nüvə proqramı ilə ictimaiyyətin hədəfinə çevrilən Şimali Koreya Cənubi Koreyanı təhdid edib.

Teleqraf.com xəbər verir ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə raket sınaqlarına qarşı hərbi əməkdaşlığını artırarkən, qeyri-adi açıqlamaları ilə tanınan Şimali Koreya liderinin bacısı diplomatiya qaydalarını alt-üst edən yeni açıqlamalar verib.

Koreya Xalq Demokratik Respublikasının Prezidenti Kim Çen Inın bacısı Kim Yo-jonq ölkənin casus peyk layihəsinə saymazlıq edən Cənubi Koreyadakı bir qrup məmuru hədəf alıb:

“Peyk inkişaf etdirmə qabiliyyətimizi yalnız iki fotoşəkillə şərh edənlər itlər kimi hürür. Daim ağlını başından alan, amma harada dayanacağını bilməyən bu alçaqlara bir şillə vurmaq istərdim”.

Hakim İşçi Partiyasının Mərkəzi Komitəsinin üzvü Kim Yo-jonq Şimali Koreyanın varlığını təhdid edən düşmənlərinin olduğunu bildirərək deyib ki, ballistik raketlər və casus peyklər hazırlamaq bizim suveren hüququmuzdur, birbaşa milli təhlükəsizliklə bağlıdır.

Cənubi Koreya isə artan təhlükəyə qarşı ABŞ döyüş təyyarələrinin ölkəyə yerləşdirildiyini açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər