21 Dekabr 2022 23:12
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib. Bununla da rəsmi Vaşinqton ilk dəfə olaraq Moskvadakı diplomatik korpusun rəhbəri vəzifəsinə qadın göndərir.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden sentyabr ayında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.

Noyabrın sonunda ABŞ Senatının Xarici Əlaqələr Komitəsində namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Treysi Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib.

O, Rusiyada həbsdə olan amerikalıların azadlığa buraxılmasını prioritet hesab edəcəyini qeyd edib.

Treysi daha öncə ABŞ-ın Ermənistandakı səfiri olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər