22 Dekabr 2022 11:04
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı xoş xəbərlə qayıtdığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna lideri Vaşinqtonda bəyan edib.

“Bizim müdafiə imkanlarımızın qarşıdakı aylarda necə gücləndiriləcəyi ilə bağlı aydın anlayışımız var. Bu barədə ətraflı danışmaq istəmirəm, düşünürəm ki, bunun səbəbini başa düşürsünüz. Amma buna görə prezident Baydenə çox minnətdaram”, - Zelenski deyib.

Ukrayna prezidentinin sözlərinə görə, bu gün onun danışıqlarının əsas məsələsi Ukraynanın güclənməsidir:

“Bu, müstəqillik uğrunda müharibədə qalib gəlməyimizdir. Evə gətirəcəyimiz gözəl xəbərimiz var. Prezident Bayden bu gün Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi “Patriot” kompleksi bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək”.

O, Baydenlə söhbətin çox vacib hissəsinin gələcək strateji addımların əlaqələndirilməsi olduğunu vurğulayıb: “Biz gələn ildən nə gözlədiyimiz və nəyə hazırlaşdığımız barədə ətraflı danışdıq. Bu, bütün ukraynalılar üçün vacibdir”.

Ukraynanın dağılmış infrastrukturunun, ilk növbədə enerjinin bərpası, həmçinin Rusiyaya qarşı növbəti sanksiyalar və hüquqi təzyiqlər müzakirə edilib.

Bu, müharibənin 300 günü ərzində biz Ukrayna ilə ABŞ arasında münasibətlərimizdə yeni mərhələyə başlamışıq, biz real müttəfiqlik səviyyəsinə çatmışıq, bu, 100% real məzmunla doludur. Bu gün mən bunu ümumiyyətlə hiss etdim”.

O, Amerika xalqına və Baydenə Ukraynaya dəstək və anlayışa görə təşəkkür edib. Zelenski ABŞ Konqresinin Ukraynaya təxminən 45 milyard dollar məbləğində maliyyə dəstəyi paketi qəbul edəcəyinə ümid etdiyini də bildirib:

“Belə böyük dəstəyə görə təşəkkür edirəm. ABŞ-ın azadlığın müdafiəsinə qoyduğu bu cür sərmayənin hər dolları qlobal təhlükəsizliyin real və nəzərəçarpacaq dərəcədə artması demək olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər