ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurma riski yüksəkdir, çünki Vaşinqton Moskvaya qarşı proksi müharibəsi aparır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Bu gün heç kim Ağ Evin bizə qarşı siyasətinin əsl məqsədlərini gizlətmir. Bütün telekanallarda siyasi şərhçilər ABŞ-ın Rusiyaya qarşı proksi müharibəsini gücləndirməsinin zəruriliyindən danışırlar”, - səfir bildirib.
Antonov Ukraynadakı hazırkı müharibəni proksi müharibəsi hesab edir, onun sözlərinə görə, bu, başqasının əli ilə aparılır.
Bu kontekstdə Rusiya səfiri “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə verilməsini xatırladıb, onun fikrincə, Ukraynada bunun üçün mütəxəssislər yoxdur. Antonovun iddiasına görə, bu sistemləri Ukraynada amerikalı mütəxəssislər və ya NATO-nun digər ölkələrindən olan hərbçilər idarə edəcəklər.
“Patriot”lar hərbçilərimiz üçün legitim hədəf olacaqlar. Bəs o zaman amerikalılar ölsə? Vaşinqtonda reaksiya necə olacaq? Bir daha deyirik: iki böyük dövlət arasında toqquşma riski yüksəkdir”, - Antonov bildirib.
Onun sözlərinə görə, Rusiya öz narahatlığını Qərbə çatdırmağa çalışır, amma bütün mesajlar “rusofobiya dənizi”ndə boğulur.
Antonovun fikrincə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri göstərdi ki, nə Ağ Ev, nə də Kiyev sülhə hazırdır.