24 Dekabr 2022 14:10
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hərbi qüvvələri Luqansk vilayətinin Svatovo şəhərinə yaxınlaşır. İşğalçılar “Luqansk rəhbərliyi”ni işğal olunmuş şəhərdən çıxarıblar”.

Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk regional administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, separatçılar və rus qüvvələri artıq Ukrayna ordusunun şəhərə yaxınlaşdığını hiss edirlər:

“Artıq qənimətləri Luqansk şəhərinə daşımağa başlayıblar. Tələsmək istəmirəm, amma deyə bilərəm ki, qondarma LXR rəhbərliyi Svatovodan Luqanska gedib”.

Qayday onu da deyib ki, Ukrayna qoşunları Biloqorivka və Stelmaxivkada rusların hücumlarının qarşısını alıb.

Məlumata görə, Ukrayna ordusu Luqansk vilayətinin işğal olunmuş ərazilərini azad etməkdə davam edir. İrəliləyiş yavaş olsa da, artıq uğurlu nəticələr var.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Ukrayna qoşunları Luqansk vilayətinin Svatovo şəhəri istiqamətində daha bir yaşayış məntəqəsini azad edib.


Müəllif: Mənsur Rəğbətoğlu