Ukraynalı rejissor Oleq Bobalo Baxmut şəhərinin yaxınlığında gedən döyüşlərdə həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Anna Yaremçuk sosial media hesabında yazıb. O bildirib ki, həyat yoldaşının cənazəsi hələ də cəbhə bölgəsindən gətirilməyib və bu səbəbdən dəfn mərasiminin tarixi bəlli deyil.
Ukrayna mətbuatının məlumatına görə, Bobalo könüllü olaraq cəbhəyə yollanıbmış. O, Ukrayna Prezidenti Volodimir Zelenski və onun həyat yoldaşı Yelena Zelenski ilə 2002-ci ildə əsasını qoyduğu “Kvartal 95” studiyasında birgə çalışıb.
Qeyd edək ki, daha əvvəl ukraynalı fotoqraf, sənədli film rejissoru Maks Levin Kiyev yaxınlığında müharibə şəraitində iki güllə yarası alaraq həyatını itirib.