25 Dekabr 2022 14:26
1 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin hərbi qüvvələrini Ukraynadan çıxarmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.

Jurnalist hazırda belə bir gedişatın əlamətlərinin görünmədiyini söyləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Xersonun Ukrayna tərəfindən geri alınmasına təpkisi onu təəccübləndirib.

“Əminliklə deyə bilərəm ki, Putin qoşunların Ukrayna ərazisindən çıxarılmasına göstəriş verməyəcək, ən azı mən belə bir ehtimal görmürəm. Mənim üçün kifayət qədər təəccüblü məqam budur ki, Rusiyanın ictimai məkanı, televiziyası və hakimiyyəti Xersonun əldən çıxmasına praktiki olaraq reaksiya vermədi. Düşünürdüm ki, bu, olduqca güclü zərbə olacaq. Amma Rusiya televiziyası və hakimiyyəti bu zərbəyə çox asanlıqla sinə gərdi”, - Yakovenko vurğulayıb.

Onun fikrincə, indi əsas məsələ Krımın itirilməsinin hansı səviyyədə ciddi zərbə olacağı ilə bağlıdır. Çünki yarımada Rusiya üçün böyük önəm kəsb edir.

“Düşünürəm ki, Putin rejimi bu zərbəyə o qədər də asanlıqla tab gətirə bilməyəcək, çünki Krım tamamilə simvolik hadisədir. Yəqin ki, rejim Krımın itirilməsini Xersonda olduğu kimi asanlıqla uda bilməyəcək”, - jurnalist deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər