26 Dekabr 2022 19:11
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, amma ən çox öz ölkəmizi sevirik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazir vurğulayıb ki, Gürcüstan hökumətinin əsas vəzifəsi ölkə əhalisini qorumaqdır:

“Əsas məsələmiz milli maraqlarımızın qorunmasıdır. Dəfələrlə bəyan etmişəm və bunu öz siyasətimiz və fəaliyyətimizlə təsdiq etmişik ki, bütün ölkələrin suverenliyinə hörmət edirik, amma hər şeydən çox öz ölkəmizi sevirik”.

Qaribaşvili əlavə edib ki, Ukrayna rəsmilərindən Gürcüstanla bağlı açıqlamalar eşitmək xoşagəlməz haldır və bu ölkə müharibə vəziyyətində olduğu üçün hökuməti bu barədə çox açıqlama vermir.

Baş nazir onu da qeyd edib ki, digər ölkələr Gürcüstanın maraqlarına qarşı dezinformasiya kampaniyası aparırlar.

Qeyd edək ki, bundan əvvəl rəsmi Kiyev Gürcüstanda həbsdə olan eks-preziden Mixail Saakaşvilinin Ukraynaya təhvil verilməsini tələb edib.

Gürcüstanın keçmiş prezidenti həm də Ukrayna vətəndaşıdır və bu ölkənin Milli İslahatlar Şurasının sədridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər