“Rusiya artıq sivil dövlətlər sırasında deyil, ona görə də onilliklər ərzində Qərblə normal münasibətləri olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Bundestaqının müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermann deyib.
“Rusiya sivil dövlətlər sırasını tərk edib, Vladimir Putin isə hərbi cinayətkar, terrorçu və qatildir”, - deputat bildirib.
Strak-Zimmerman vurğulayıb ki, sadə rusiyalıların əksəriyyəti Kremlin addımlarını və Ukraynaya müdaxiləni dəstəkləyir. O, həmçinin qeyd edib ki, sıravi rus əsgərləri də Ukrayna ərazilərində hərbi cinayətlər törədirlər.
“Onilliklər ərzində Rusiya ilə heç bir ciddi, normal münasibətlər olmayacaq. Rusiyada siyasi sistem tamamilə degenerasiya olunub və tamamilə dəyişdirilməlidir. Ona görə də gələcək nəsillərin vəzifəsi Rusiyanı dəyişmək olmalıdır, bu, baş versə, danışmağa başlamaq mümkün olacaq”, - alman siyasətçi söyləyib.