29 Dekabr 2022 00:36
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas ilə görüş keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlarda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərləri də iştirak edib.

Suriya böhranı, qaçqınlar problemi və Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib.

Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunması məqsədilə üçtərəfli formatda təmasların davam etdirilməsi razılaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər