29 Dekabr 2022 11:54
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Atlantic Council” siyasi araşdırma mərkəzinin “2023-cü ildə Ukraynada optimist olmağın 8 səbəbi” adlı təhlilində münaqişənin həllində Türkiyənin açar rol oynadığı bildirilib.

Teleqraf.com xəbər verir ki, təhlildə Ukrayna-Rusiya müharibəsinin yaxın günlərdə yekunlaşacağı, mümkün sülh anlaşmasının Türkiyənin nəzarəti və dəstəyi ilə reallaşacağı vurğulanıb.

Ankaranın Moskva ilə Kiyev arasında apardığı uğurlu diplomatiya nəticəsində aclıq təhlükəsinin aradan qaldırıldığı bildirilib və Taxıl Dəhlizi razılaşmasına diqqət çəkilib:

“Türkiyə Ukrayna taxılının daşınması ilə bağlı danışıqlarda uğur qazanmasaydı, ukraynalı fermerlər daha çıxılmaz vəziyyətlə üzləşəcək və daha geniş region aclıqdan əziyyət çəkəcəkdi”.

Təhlilin davamında Türkiyənin Ukraynaya “fövqəladə elektrik təchizatı əməliyyatı” xatırladılıb və “Bayraktar” dronlarının müharibədə balansı dəyişdirdiyi qeyd olunub:

“Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatları müharibənin ilk həftələrində Kiyev və Xarkovun rus işğalından azad edilməsinə kömək edərək kritik dəyişikliyə səbəb oldu”.

Mətnin son hissəsində Ankaranın qlobal güc olaraq ön plana çıxdığı vurğulanıb və Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu strategiyası bu sözlərlə ifadə edilib:

“Həqiqətən də Prezident Rəcəb Tayyib Ərdoğan hazırda Rusiya və Ukrayna arasında yekun sülh razılaşmasının yeganə vasitəçisi kimi görünür. Çünki o, hər iki tərəfə təsir edə bilən yeganə liderdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər