29 Dekabr 2022 12:03
6 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın 12 mil açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, nazir Yunanıstanın Egey dənizində öz ərazi sularını genişləndirməsinə icazə verməyəcəklərini bildirib.

“12 yox, Egeydə (Yunanıstan) ərazi sularının 1 mil belə genişlənməsinə icazə vermirik. Bu məsələ ilə bağlı 1995-ci ildə parlamentimizin qəbul etdiyi qərar bəllidir və hələ də qüvvədədir”, - Çavuşoğlu bildirib.

Türkiyə xarici işlər naziri rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcəyini açıqlayıb:

“BMT, ABŞ, Rusiya, İraq və rejimlə (Suriya) təmaslarımız davam edir. Bildiyiniz kimi, dünən Hulusi Paşa və Hakan bəy Moskvada idi. Mən də Lavrovla görüşəcəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər