16 Dekabr 2014 17:05
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın paytaxtı Karakasda yeni etiraz aksiyaları başlayıb.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, dinc sakinlər bu dəfə hökumətə dəstək verənlər küçələrə tökülüb. Aktivistlər Amerika Birləşmiş Ştatlarının Venesuelaya qarşı yeni sanksiya qərarına etiraz edirlər.

ABŞ hökuməti Venesueladakı şiddət və insan haqlarının pozulması səbəbi ilə bəzi venesuelalı rəsmilərə viza qadağası tətbiqi və onların hesablarının dondurulması qərarını qəbul edib.

Venesuela dövlət başçısı Nicolas Maduro ABŞ-ın bu qərarını sərt ifadələrlə tənqid edib: “Bizə qarşı sanksiyalarla hörmətsizlik edirlər. Biz imzatoplama aksiyasına başlayacayıq. Bu həyasız imperialistlər də nə etmək istəsələr etsinlər”.

Samir


Müəllif:

Oxşar xəbərlər