İŞİD terror qruplaşması növbəti qətliamı həyata keçirib.
Teleqraf.com-un məlumatına görə, terror qruplaşması sosial şəbəkədə bu dəfə 13 sünninin öldürülməsi ilə bağlı görüntüləri yerləşdirib.
Edamdan sonra öldürülən insanlar səkidən yolun kənarına düşür. Edam edilənlərin 10 gün əvvəl İŞİD silahlıları tərəfindən tutulduğu və özlərinə "El Alam Şovalyeləri” deyilən sünni bir qrupun üzvləri olduğu təxmin edilir.
Dəhşətli görüntülərdə İŞİD edam edəcəyi şəxslərə yenə də narıncı paltarlar geyindirib. On üç nəfər diz üstündə yerə çöküb və hər birinin arxasında qaya geyimli İŞİD silahlıları dayanıb. Edamın İraqın Tikrit şəhərində həyata keçirildiyi bildirilir.