17 Dekabr 2014 09:56
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri tutduqları ərazilərdə onlarla evlənməyi qəbul etməyən qadınları edam edir.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq İnsan Haqqları Təşkilatı məlumat yayıb. Bildirilir ki, bu günədək terrorçular bu səbəbdən ən azı 150 qadını edam edib.

Yayılan xəbərlərdə öldürülənlərin Saklaviyye bölgəsinin Əl-Cavlak məhəlləsində kütləvi məzarlıqda dəfn olunduğu qeyd edilir.

Samir


Müəllif:

Oxşar xəbərlər