18 Dekabr 2014 06:29
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS təşkilatının Avropa Birliyinin terror təşkilatları siyahısından çıxarılması barədə Avropa Məhkəməsinin qərarı İsrail tərəfindən sərt qarşılanıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail baş naziri Benyamin Netanyahu Avropa Məhkəməsinin qərarını "Avropanın ikiüzlüyü" olaraq xarakterizə edib.

İsrail Baş nazirliyinin ofisindən verilən yazılı açıqlamaya görə, Netanyahu, “Bu gün Avropanın ikiüzlüyün şahidi olduq. İsrailin müharibə cinayəti işlədiyi barədə Cenevrədə ittiham irəli sürüldüyü bir vaxtda Lüksemburqda Avropa Məhkəməsi HƏMAS-ı terror təşkilatları siyahısından çıxardı. HƏMAS sayıla bilməyəcək qədər döyüş cinayəti və terror aktları təşkil edən təşkilatdır” deyib.

Netanyahu qeyd edib ki, Avropa Məhkəməsinin qərarı 6 milyon yəhudinin qətlə yetirildiyi Avropada bu hadisədən hələ də dərs çıxarmayan çox sayda adamın olduğunu göstərib.

“Ancaq biz terror və ikiüzlüyə qarşı xalqımızı və dövlətimizi qorumaqda davam edəcəyik”, - İsrail baş naziri deyib.


Müəllif:

Oxşar xəbərlər