18 Dekabr 2014 15:29
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan sərhədində qaz kəmərinin tikintisinin reallaşması Avropa İttifaqının bu məsələ ilə bağlı istəyindən asılıdır.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bildirib: “Bu kəmərin reallaşdırılması bizdən asılı deyil. Qaz kəmərinin tikintisi avropalı həmkarlarımızın istəyindən asılıdır. Əgər onlar bunu istəsələr, biz hazırıq. Tranzit kəmər vasitəsilə qazı Makedoniyaya, oradan Serbiyaya və ya Avstriyaya göndərmək mümkündür. Türkiyə ilə münasibətlərə gəlincə isə, türk dostlarımız təchizatı artırmaq üçün yollar axtarır. Biz onlara bu məsələdə yardımçı olmağa hazırıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər