18 Dekabr 2014 16:34
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nüvə proqramları danışıqlarında qəti sazişə çox yaxındır.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran bu problemin həllinə çox yaxındır:

“Mən hələ anlamıram ki, bu məsələ niyə bu qədər uzanıb. İran hökuməti problemin həlli ilə bağlı ciddi səylər göstərir. Düşünürəm ki, bu məsələ tez bir zamanda həllini tapacaq. Əgər bu baş versə, biz Rusiya və İran arasında iqtisadi münasibətlərdə əhəmiyyətli dəyişikliklər görəcəyik”.

Samir


Müəllif: